office

Lardi-Trans haqqında

Lardi-trans - yükdaşıma sahəsində peşəkarlar üçün bir platformadır.

Lardi-trans qeydə alınmış ticarət markasıdır. İstifadəçilərimiz - fiziki şəxslər, kiçik sahibkarlar və daşımalar/logistika ilə əlaqəli olan iri müəssisələrdir.

Əsas məqsədimiz - bütün Lardi-trans istifadəçilərinin gündəlik işləməsi üçün rahat alətlər yaratmaqdır. Müştərilərimizə yük və nəqliyyat haqqında operativ məlumat verməklə yanaşı, məlumatların və istifadəçilərin yoxlanılması üzrə yeni alqoritmləri tətbiq edərək, istifadəçilərimizin təhlükəsizliyi üzərində işləyirik. Lardi-trans platforması artıq bir çox alətə malikdir və bu siyahını daim genişləndirərək, Lardi-transı bazarda liderə çevirir.

  • timeline
  • timeline
  • timeline
  • timeline
  • timeline

Tarixçə

Əvvəlcə layihə şəxsi elanların yerləşdirilməsi və yeni tərəfdaşların axtarılması üçün bir sayt kimi hazırlanırdı.

İnkişaf prosesində layihə - daşımalar və logistika ilə əlaqəli istifadəçilərin uğurla qarşılıqlı əlaqədə olduğu çoxfunksiyalı platforma kimi formalaşmışdır. Biz nəqliyyat və logistika şirkətlərini, iri və kiçik yükgöndərənləri, avtoparkların və bir neçə nəqliyyat vasitələrinin sahiblərini vahid informasiya sistemində birləşdirmişik.

Platforma minlərlə Lardi-trans istifadəçisi üçün geniş coğrafiyası olan biznesin reklamı və inkişafı üçün bir vasitə oldu.